Ödəniş Şərtləri və Qaydaları

Xidmətin İstifadə Qaydaları

İstifadəçi Balabebir.az platformasında təqdim olunan xidmətlərdən istifadə etməklə bu şərtləri qəbul edir. Testlər və materiallar haqqında ətraflı məlumat əldə etdikdən sonra istifadəçi sərbəst şəkildə seçdiyi məhsulları ödənişli və ya pulsuz əldə edə bilər.

Geri Ödəniş Qaydası

Balabebir.az saytında yerləşdirilən tədris materiallarının keyfiyyətinə görə məsuliyyət müəllifə aiddir. İstifadəçinin şikayəti varsa, bu cür müraciətlər birbaşa müəllifə ünvanlanmalıdır. Ödənilən vəsaitlər Balabebir MMCtərəfindən geri qaytarılmır.

Ödəniş Prosesi

İstifadəçi bank kartı ilə ödəniş edərək balansını artırıb məhsul əldə edə bilər. Profilinizdəki Balans bölməsindən ödəniş məbləğini daxil edib kart məlumatlarını təqdim edin. Şərtləri qəbul edərək ödənişi təsdiqlədikdən sonra balansınız yenilənəcək.

Məxfilik və Təhlükəsizlik

Balabebir MMC kart məlumatlarınızı saxlamır və paylaşmır. Məlumatlarınızın qorunması üçün qabaqcıl təhlükəsizlik texnologiyaları tətbiq edilir.